ABŞ Camal Qaşıqçının qətli ilə bağlı yeni tədbirlər görməyə hazırlaşır

  • By admin
  • 20 İyun 2019 10:35

ABŞ Səudiyyə Ərəbistanının müxalifətçi jurnalisti Camal Qaşıqçının qətli ilə bağlı işə görə Ər-Riyada qarşı yeni tədbirlər görməyi nəzərdən keçirir.

Gununsesi.org RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin bəyanatında deyilir.

“Səudiyyə hakimiyyəti bütün faktları araşdırmalı və hadisənin bütün iştirakçılarını məsuliyyətə cəlb etməlidir”, – deyə məlumatda bildirilir.

İdarədən həmçinin əlavə ediblər ki, Dövlət Departamenti BMT-nin jurnalistin işi üzrə yeni hesabatını araşdırır.

Dövlət Departamentindən qeyd ediblər ki, Xaşoqci işi üzrə yeni faktlar Ər-Riyada qarşı tədbirlərin genişləndirilməsinə gətirib çıxara bilər.

Gununsesi.org