ABŞ Suriyada sülhün əldə edilməsindən çox Əsədin getməyini istəyir.
Axar.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Xarici Əlaqələr Komitəsinin sədri Aleksey Puşkov deyib.
Siyasətçinin sözlərinə görə, ABŞ 2011-ci ildə Əsədi devirmək üçün plan cızıb:
“Məncə, ABŞ-ın Suriya ilə bağlı strategiyasında başı qarışıb. Əslində, onların strategiyası olmadığı üçün vəziyyət belə bir hal alıb. ABŞ-ın yeganə məqsədi Əsədi devirməkdir. 2011-ci ildən bu siyasətdən əl çəkmirlər. Suriyada vətəndaş müharibəsindən əvvəl isə başlıca hədəfi gizli saxlamaq üçün diplomatik manevrlər edirdilər. Diplomatiya isə ana hədəfi gizlətmək üçün vasitədir”.
Gununsesi.info