ABŞ Çin və Hindistan arasındakı vəziyyətin sülh yolu həllini dəstəkləyir

  • By admin
  • 17 İyun 2020 14:23

ABŞ Çin və Hindistan arasındakı vəziyyətin sülh yolu həllini dəstəkləyir.

Gununsesi.org Trend-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentindən bildiriblər.

Dövlət Departamentinin məlumatında deyilir: “Faktiki nəzarət xətti boyunca Hindistan və Çin qüvvələri arasındakı vəziyyəti yaxından izləyirik. Həm Hindistan, həm də Çin, deeskalasiya istəyini ifadə etdilər və biz hazırkı vəziyyətin sülh yolu ilə həllini dəstəkləyirik”.

Xatırladaq ki, daha əvvəl Ladax Birlik Ərazisində Hindistan və Çin əsgərləri arasında toqquşmaların baş verdiyi bildirilirdi. “ANİ” informasiya agentliyinin məlumatına əsasən, toqquşmalar zamanı 20 Hindistan əsgəri həlak olub, Çin tərəfindən isə 43 əsgər ölüb və ya ağır yaralanıb. Qeyd edilir ki, toqquşmalar zamanı odlu silahdan istifadə olunmayıb, tərəflər daş və dəyənəklərdən istifadə ediblər.

Gununsesi.org