ABŞ Çindən Hyustondakı Baş Konsulluğunu bağlamağı tələb edir

ABŞ Çin Xalq Respublikasından Hyustondakı Baş Konsulluğunu bağlamasını istəyib.

Gununsesi.org TASS-a istinadən xəbər verir ki, bunu Çində çıxan “Global Times” qəzetinin baş redaktoru Xu Siszin “Twitter” səhifəsində yazıb.

“ABŞ Çindən 72 saat ərzində Hyustondakı Baş Konsulluğunu bağlamasını istəyib”,- o bildirib.

Diplomatik missiyanın bağlanması ilə bağlı tələbin səbəbi açıqlanmayıb.

Qeyd edək ki, Hyuston şəhəri ABŞ-ın Texas ştatında yerləşir. Harris dairəsinin inzibati mərkəzidir. 2019-cu ilin məlumatına görə, şəhərin 2 343 365 nəfər əhalisi var. Şəhər Meksika körfəzindən 50 km aralıdır. Bu şəhərdə ABŞ kosmik mərkəzi də yerləşir.

 

 

Gununsesi.org