ABŞ Çindən uyğurlara qarşı amansızlığı dayandırmağı tələb edir - ÇİN DİNİ ƏQİDƏ İLƏ MÜHARİBƏDƏDİR

  • By admin
  • 02 Aprel 2019 09:57

ABŞ Çində bir milyon etnik uyğur müsəlmanın həbs olunduğunu vurğulayaraq, dini əqidəsinə görə insanlara qarşı artan zülmü dayandırmağa çağırır.

Çin etnik uyğurların kütləvi saxlanılması, Tibetlilərə və müxtəlif din nümayəndələrinə qarşı təzyiqlərə görə beynəlxalq qınama ilə üzləşib. Uyğurlar və Tibetlilər uzun müddətdir ki, ötən il Cenevrədə keçirilən nümayiş də daxil olmaqla, insanları vəziyyətləri barədə məlumatlandırmağa çalışır. Çin tənqidlərə məhəl qoymayaraq, uyğurların “dini ekstremizmin yayılmasının və Sincan Muxtariyyətinin əksər bölgələrində terror hücumlarının baş verməsinin qarşısını almaq üçün peşə təhsili mərkəzlərində” olduğunu söyləyib.

Omir Bekali keçən il Türkiyəyə qaçmazdan öncə uyğurlar üçün yenidən təhsil düşərgəsindən xilas olduğunu söyləyib. O deyib ki, düşərgənin yeganə məqsədi onun dini mənsubiyyətini ləğv etmək olub. Omirin sözlərinə görə onun yeganə cinayəti müsəlman olması olub.

Related image

“Saqqalın olması, cümə namazına getmək, yasda dua oxumaq, “salam əleyküm” demək, adının Məhəmməd olması belə yetər. Hər şey bəhanə ola bilər,” Omir Bekalı deyir.

ABŞ-ın Din Azadlığı üzrə səfiri Sem Braunbek dini ibadər yerlərinin məhv edildiyini və insanların dini hüquqlarının pozulduğunu deyib.

“Çin dini əqidə ilə müharibədədir, lakin onlar bu müharibədə heç vaxt qələbə çalmayacaqlar. Belə görünür, Çin Kommunist Partiyası öz xalqına öz seçimlərini etməyə icazə vermir. Söhbət bir milyarddan çox insandan gedir,” Sem Braunbek deyib.

Səfir Braunbek Çin Kommunist Partiyasının dini məsələlərinə nəzarəti almasından bəri repressiyaların daha da gücləndiyini bildirib.

Dövlət Katibi Mayk Pompeo bununla razılaşır:

“Biz dünyada ‘tarixi insan haqlarının pozulması’ sözlərindən istifadə edirik və çinlilərə bunun mənfur bir təcrübə olduğunu və mütləq dayandırılmalı olduğuna inandırmağa çalışırıq”, Mayk Pompeo deyib.

Ailələrindən ayrılan uyğurlar və tibetlilərin yaxın zamanlarda Çinin təzyiqlərindən qurtulacağı gözlənilmir.