ABŞ Çini cəzalandırmaq üçün hərəkətə keçir

  • By admin
  • 09 Fevral 2023 20:42

Vaşinqton Çinə məxsus hava şarının ABŞ hava məkanına müdaxiləsi ilə əlaqədar Çin ordusuna bağlı qurumlara qarşı tədbir görə bilər.

Gununsesi.info xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb.

Bildirilib ki, hazırda ABŞ Çin ordusu ilə əlaqəli qurumlara qarşı tədbir görülməsi imkanlarını araşdırır.

Həmçinin qeyd olunub ki, hava şarının istehsalçısının birbaşa Çin ordusu ilə əlaqəli olduğu ehtimal edilir.

Xatırladaq ki, bir müddət əvvəl ABŞ Hərbi Hava Qüvvələri Çinə məxsus hava şarını zərərsizləşdirib. Vaşinqton hava şarının ABŞ ordusunu izlədiyindən şübhələnib, Pekin isə şarın meteoroloji məqsədlər üçün nəzərdə tutulduğunu bildirib.

Gununsesi.info