ABŞ Çini nüfuzlu yeraltı kilsənin 30 liderini azad etməyə çağırır

Çində qeydiyyatdan keçməmiş ev kilsələrinə qarşı təzyiqlər davam edir. Son günlər Sion Kilsəsinin rəhbəri Cənab Cin və bir neçə kilsə lideri həbs olunub. Hələlik saxlanılanlara rəsmi ittiham irəli sürüldüyü məlum deyil.

Kilsə nümayəndələri bu təqibləri yalnız dini azadlığa qarşı deyil, həm də beynəlxalq ictimaiyyətə çağırış kimi qiymətləndirir.

ABŞ dövlət katibi Marko Rubio, habelə keçmiş vitse-prezident Mayk Pens və keçmiş dövlət katibi Mayk Pompeo həbs edilənləri azad etməyə çağırıblar.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian isə ABŞ-ın müdaxiləsini tənqid edərək, ölkədə dini işlərin qanuna uyğun idarə olunduğunu bildirib.

Sion Kilsəsi, 2007-ci ildə 20 nəfərlə fəaliyyətə başlayıb və hazırda 40 şəhərdə təxminən 10.000 üzvü olan Çinin ən böyük yeraltı kilsələrindən biridir.

Kilsə rəhbəri Cin ölkədə qalaraq fəaliyyətini davam etdirib, lakin onun ölkədən çıxışına qadağa qoyulub.

ChinaAid təşkilatı bu təqibləri son 40 ildə xristianlara qarşı ən geniş və əlaqələndirilmiş repressiya dalğası adlandırıb. Cənab Cin isə həbs olunacağı halda yeni dirçəliş dalğasının başlayacağına ümid etdiyini bildirib.

Şəbnəm 

Gununsesi.info