
ABŞ senatoru Coş Hauli bu həftə Çinin süni intellekt alətlərini qadağan edən qanun layihəsi təklif edib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, bu qanun layihəsi qəbul olunarsa, qadağanı pozan vətəndaşları 1 milyon dollara qədər cərimə və 20 il həbs cəzası gözləyir.
Çin istehsalı olan süni intellektdən istifadə edən şirkətlər üçün cərimələr 100 milyon dollara çata bilər.
Senator Josh Hawley qanun layihəsində birbaşa DeepSeek-in adını çəkməsə də, diqqətəlayiqdir ki, təklif olunan qanun layihəsi chatbotun ABŞ-ın App Store-da üst sıralarda olmasından bir neçə gün sonra gəlir.
İtaliya məxfilik problemlərinə görə DeepSeek-i qadağan edən ilk ölkə olub və digər ölkələr də oxşar addımlar ata bilər. ABŞ-da Texas ştatı hökumət cihazlarında DeepSeek-i qadağan edib.