ABŞ Çinlə müharibəyə hazırlaşır

ABŞ Hərbi Dəniz Qüvvələri 2027-ci ilə qədər Çinlə müharibə ehtimalına hazırlaşır.

Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin Baş Qərargah rəisi admiral Liza Françettinin Naviqasiya Planından məlum olub.

Sənəddə deyilir: “Bu Naviqasiya Planının iki strateji məqsədi var: 2027-ci ilə qədər Çin Xalq Respublikası ilə müharibəyə hazır olmaq və ABŞ Hərbi Dəniz Qüvvələrinin uzunmüddətli üstünlüyünü təmin etmək”.

Aydınlaşdırılır ki, ABŞ Hərbi Dəniz Qüvvələri gəmilərin, sualtı qayıqların və təyyarələrin təmirindəki gecikmələrdən xilas olmağı, donanmanı dron və pilotsuz gəmilərlə tez bir zamanda təchiz etməyi planlaşdırır.

Hərbçilər həmçinin şəxsi heyətin cəlb edilməsinə və onların işlə təmin olunmasına diqqət yetirəcəklər.

 

 

Gununsesi.info