ABŞ-da atışma olub, ölən və yaralananlar var

  • By ilhame
  • 19 Fevral 2024 20:54

ABŞ-nin İndiana ştatının İndianapolis şəhərində atışma nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb.

Gununsesi.info NBC-yə istinadən xəbər verir ki, bu barədə şəhər polisindən məlumat verilib.

Hadisə “Waffle House” restoranlarından birində baş verib. Atəş açılması barədə xəbərdən sonra polis hadisə yerinə gəlib.

Hüquq-mühafizə orqanları atışmanın restoran müştəriləri arasında münaqişə nəticəsində baş verdiyini hesab edir.

Atışma nəticəsində yaralanan 5 nəfər xəstəxanaya yerləşdirilib, daha bir nəfər isə özü tibb müəssisəsinə yetişə bilib. Yaralı qadın daha sonra xəstəxanada ölüb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Gununsesi.info