ABŞ-nin Texas ştatında baş verən atışmada ilkin məlumata görə, iki nəfər ölüb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Texas polisi Ostində ticarət mərkəzində atışma baş verdiyini açıqlayıb . İlkin məlumata görə, iki nəfəri öldürən atıcı saxlanılıb.
Ostin polisi də X hesabında hadisə yerində təhlükəsizlik tədbirlərinin alındığını və araşdırmanın davam etdiyini paylaşıb.
Polis hücum edənin ağdərili kişi olduğunu və bölgədəki bəzi yolların növbəti xəbərdarlığa qədər bağlı olduğunu bildirib.
Sosial mediada paylaşılan videolarda hadisənin baş verdiyi ticarət mərkəzinin dayanacağında çoxlu sayda polis və təcili yardım qruplarının tədbir gördüyü görünür.
Digər tərəfdən polis hadisədə yaralı olub-olmadığı ilə bağlı açıqlama verməsə də, ABŞ mətbuatında çıxan xəbərlərdə 3-4 yaralının ticarət mərkəzinin yaxınlığındakı xəstəxanada müalicə altına alındığı iddia edilib.
Orxan












