ABŞ-də ilk dəfə müsəlmanlarla bağlı strategiya hazırlanacaq

ABŞ Prezidenti Co Baydenin administrasiyası ölkə tarixində ilk dəfə islamofobiya ilə mübarizə üçün milli strategiya hazırlayacaq.

Gununsesi.info xəbər verir ki, bu barədə  Ağ Evin mətbuat katibi Karin Jan-Pyer bildirib.

“Biz islamofobiya və nifrətin bütün formalarına qarşı mübarizə aparacaq strategiya hazırlamaq üçün icma liderləri, vəkillər, konqres üzvləri və başqaları ilə işimizi davam etdirməyi səbirsizliklə gözləyirik”, – deyə Jan-Pyer bildirib.

Xatırladaq ki, oktyabrın ortalarında İllinoys ştatında 71 yaşlı kişi müsəlmanlara nifrət zəminində altı yaşlı uşağı və müsəlman qadını bir neçə dəfə bıçaqlayıb.

O, nifrət cinayətində ittiham olunub.

 

Gununsesi.info