ABŞ-də imam məscid yaxınlığında atışma zamanı ağır yaralanıb

  • By ilhame
  • 03 Yanvar 2024 22:41

ABŞ-nin Nyu-Cersi ştatının Nyuark şəhərində məscid yaxınlığında baş verən atışmada ibadət evinin imamı ağır yaralanıb.

 

Gununsesi.info ABC telekanalına istinadən verdiyi məlumata görə, hadisə yerli vaxtla saat 06:15 (Bakı vaxtı ilə saat 15:15) radələrində “Məhəmməd” məscidinin yaxınlığında baş verib. Adı açıqlanmayan imam (namaz rəhbəri və ruhani – red.) xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağırdır.

 

Polis hadisə ilə bağlı araşdırma aparır.

 

Atışmanın təfərrüatı açıqlanmır.

 

Gununsesi.info