ABŞ-də sərnişin təyyarəsində yanğın: Xəsarət alanlar var

  • By admin
  • 27 Dekabr 2022 11:10

ABŞ-də Nyu-Yorkun Con Kennedi Beynəlxalq Hava Limanında sərnişinləri düşürməyə hazırlaşan təyyarədə yanğın baş verib.

Gununsesi.info xəbər verir ki, “JetBlue” təyyarəsində enmə qapısına doğru irəliləyərkən sərnişinin notbukunun batareyası partlayıb. Uçuş heyəti dərhal yanğını söndürməyə başlayıb. Şahidlərin sözlərinə görə, təyyarənin kapitanı dərhal onlara köməyə gəlib və yanğını söndürməyə kömək edib.

Xilasedicilər və təyyarənin heyəti fövqəladə eniş sistemindən istifadə etməklə 67 sərnişini təxliyə ediblər, daha 60 nəfər özü təyyarəni tərk edib. Hadisə nəticəsində 7 nəfər tüstüdən zəhərlənib və yüngül xəsarətlər alıblar.

Gununsesi.info