ABŞ-də xəstə daşıyan təyyarə qəzaya uğradı

  • By Admin2
  • 06 Avqust 2025 14:18

ABŞ-də xəstələrin daşınması üçün istifadə edilən kiçik təyyarə eniş zamanı qəzaya uğrayıb. Qəza nəticəsində iki pilot və iki tibb işçisi həlak olub.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ABŞ nin Arizona ştatında xəstələri daşıyan təyyarə qəzaya uğrayıb.

Ərazidəki yerli qəbilələrdən biri olan Navajo Nation polisinin verdiyi məlumata görə, qəza günorta saatlarında Çinle ərazisi yaxınlığında baş verib.

Buna görə xəstəni daşımaq üçün yola çıxan təyyarə eniş zamanı qəzaya uğrayıb və daşıdığı 4 nəfər həyatını itirib.

Federal Aviasiya Administrasiyası açıqlamasında təyyarədə iki pilot və iki tibb işçisinin olduğunu bildirib.

ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası (NTSB) təyyarənin “Beechcraft” tipli olduğunu və qəza ilə bağlı araşdırmalara başlanıldığını açıqlayıb.

Orxan

Gununsesi.info