ABŞ-də zəlzələ baş verib

  • By ilhame
  • 05 Aprel 2024 19:28

ABŞ-nin Nyu-Cersi ştatında 4,8 maqnitudada zəlzələ baş verib.

 

Gununsesi.info xəbər verir ki, zəlzələ yerli saatla səhər saat 10:20-də baş verib.

 

ABŞ Geoloji Xidmətinin məlumatına görə, zəlzələnin episentri Nyu-Yorkdan 40 mil qərbdə, Nyu-Cersi ştatında “Whitehouse Station” yaxınlığında qeydə alınıb.

 

Bildirilib ki, itki və dağıntılar barədə məlumat daxil olmayıb.

Gununsesi.info