ABŞ-dən Azərbaycana qarşı qərəzli addım

  • By ilhame
  • 15 Noyabr 2023 23:00

“Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında irəliləyiş əldə olunmayana qədər ABŞ və Azərbaycan arasında münasibətlər normallaşmayacaq”.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O-Brayn bildirib.

O qeyd edib ki, ABŞ bu ölkənin Azərbaycana birbaşa yardımlarını qadağan edən 907 saylı düzəlişdən imtinanın müddətini uzatmayacaq:

“Çünki vəziyyətin real yaxşılaşmasını görməmişik. Bütün bunlar sülhü təşviq etmək məqsədi daşıyır”.

Qeyd edək ki, 907-ci düzəliş 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə qəbul edilib.

Gununsesi.info