ABŞ-dən Ukraynaya çağırış – Hücumları dayandırın

  • By admin
  • 22 Mart 2024 12:35

ABŞ Ukraynanı Rusiyanın enerji obyektlərinə hücumları dayandırmağa çağırıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “Financial Times” mənbələrə istinadən yazır. Məlumata görə, Vaşinqton dünya bazarında neftin qiymətinin qalxmasından və Moskvanın cavab tədbirləri görəcəyindən ehtiyatlanır.

Materialda qeyd edilir ki, ABŞ Ukrayna Silahlı Qüvvələrinə və Baş Kəşfiyyat İdarəsinin yüksək səviyyəli nümayəndələrinə dəfələrlə müvafiq xəbərdarlıqlar göndərib.

“Financial Times” qeyd edir ki, sanksiyalara baxmayaraq, Rusiya dünyanın ən böyük enerji ixracatçısı olaraq qalır və dünyada neftin qiymətinin qalxması Co Baydenin ABŞ-da prezidentlik kampaniyasının başlaması ilə eyni vaxta düşüb.

Nəşr “Rapidan Energy” konsaltinq şirkətinin prezidenti və Ağ Evin enerji məsələləri üzrə keçmiş müşaviri Bob MakNallidən sitat gətirir: “Amerikanın indiki prezidentini seçki ilində yanacağın qiymətlərinin yüksəlməsindən daha çox qorxudan heç nə yoxdur”.

Bundan əlavə, Ağ Ev Rusiya Silahlı Qüvvələrinin Qərb dövlətlərinin güvəndiyi Ukraynanın enerji infrastrukturuna hücumlarından ehtiyat edir. Məsələn, söhbət Xəzər Boru Kəməri Konsorsiumundan (CPC) gedir ki, onun vasitəsilə Qazaxıstan nefti Rusiya vasitəsilə dünya bazarlarına çıxır.

Qeyd edək ki, Ukrayna son zaman Rusiya ərazisindəki neft bazalarına intensiv hücum edir. Sonuncu belə hücum martın 12-də olub.

 

Gununsesi.info