ABŞ-də Kennedinin prezidentliyə namizədliyi irəli sürüləcək

  • By admin
  • 16 Fevral 2023 09:47

Bloqer və milyonçu Stiv Kerş kiçik Robert Kennedinin ABŞ prezidentliyinə namizədliyini irəli sürmək üçün vəsait toplamaq məqsədilə fond yaradıb.

“Bizə Ağ Evdə yeni rəhbərlik lazımdır. Mən nizam-intizam yaratmaq və ölkəni birləşdirmək üçün kiçik Robert Kennedidən daha bacarıqlı birini təsəvvür edə bilmirəm. Beləliklə, mən onu Baydenə qarşı Demokrat prezidentliyə namizəd olmağa təşviq etmək üçün fond yaradıram”, – Kerş bildirib.

Bu bəyanatdan belə çıxır ki, Kennedinin özü hələ ki, namizədliyinin irəli sürülməsinə razılıq verməyib.

Xatırladaq ki, Stiv Kerş ona sərvət gətirən optik “siçan”ın ixtiraçılarından biridir.

Kiçik Robert Kennedi isə ABŞ-nin keçmiş baş prokuroru Robert Kennedinin oğlu və keçmiş ABŞ prezidenti Con Kennedinin qardaşı oğludur.

Gununsesi.info