ABŞ-da “əsrin qar fırtınası”: Ölənlərin sayı artır

  • By admin
  • 19 Yanvar 2024 16:44

ABŞ-da bir həftədir davam edən şiddətli qar fırtınası nəticəsində ən azı 41 nəfər həyatını itirib. Təkcə Tennessi ştatında soyuq hava ilə əlaqədar 14 nəfərin öldüyü açıqlanıb.

Gununsesi.info xəbər verir ki, ABŞ rəsmiləri yanvarın 12-dən bəri Arkanzas, İllinoys, Kanzas, Missisipi, Nyu-York, Oreqon, Pensilvaniya, Tennessi və Viskonsin ştatlarında qütb soyuqluğundan ən azı 41 nəfərin öldüyünü açıqlayıb.

Tennessi ştatının səhiyyə rəsmiləri ölüm faktını təsdiqləyib və fırtınanın yüzlərlə yol qəzasına da səbəb olduğunu bildiriblər.

Nyu-York qubernatoru Kathy Hochul Buffalo bölgəsində şiddətli qar fırtınası səbəbiylə təşkil edilən mətbuat konfransında, “Bu qar fırtınası təsiri əsrlər boyu davam edəcək bir qar fırtınasıdır. Bu, mütləq əsrin qar fırtınasıdır” deyib.

Yerli rəsmi Mark Poloncarz fırtınadan sonra 3 nəfərin öldüyünü və bölgədə səyahət qadağasının dünəndən etibarən qaldırıldığını bildirib.

Vaşinqton ştatında ölkə daxilində temperaturun donma nöqtəsindən xeyli aşağı düşdüyü dörd gün ərzində hipotermiya səbəbiylə 5 nəfərin öldüyü açıqlanıb. Pensilvaniyanın şimal-şərqində avtomobilin sürüşməsi nəticəsində baş verən qəzada 5 nəfər ölüb.

Gununsesi.info