ABŞ-da son sutka ərzində 11 mindən çox yeni koronavirusa yoluxma halı qeydə alınıb.
Gununsesi.org “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə federal və yerli hökumət orqanlarının, eləcə də KİV və digər açıq mənbələrin məlumatlarını ümumiləşdirən Cons Hopkins Universiteti bildirib.
Məlumata görə, son bir gündə ABŞ-da 11 802 yoluxma faktı aşkarlanıb. 683 nəfər isə virusun qurbanı olub.
Universitetin məlumatlarına görə, ABŞ-da ümumilikdə 1,9 milyondan çox insan koronavirusa yoluxub, 112 mindən çox ölüm hadisəsi qeydə alınıb. 524 mindən çox insanın sağaldığı da qeyd olunur.
Gununsesi.org