ABŞ-ın Alabama ştatında 14 yaşlı yeniyetmə 5 nəfər ailə üzvünü qətlə yetirib.
Gununsesi.org xarici KİV-ə istinadən xəbər verir ki, əyalət şerifi Laymstounun mediaya açıqlamasına görə, yeniyetmə özü hadisə yerinə polisi çağırıb. Məlum olub ki, onun ailə üzvlərindən 3 nəfər yerindəcə keçinib. Güllələnən daha 2 nəfər isə xəstəxanada keçinib.
Hazırda yeniyetmənin sorğusu keçirilir.
Gununsesi.org