ABŞ-da 200 nəfər yeni virusa yoluxub

  • By admin
  • 08 Fevral 2020 09:50

ABŞ-ın Luiziana ştatının Leyk-Çarlz şəhərində yerləşən kazinoya gedən 200 insan norovirusa yoluxub.

Gununsesi.org xəbər verir ki, məlumatı yerli telekanal “WVUE” yayıb.

Ştatın səhiyyə xidmətinin rəhbəri Leysi Kavano xəbərdarlıq edib ki, virus yüksək yoluxuculuq gücünə malikdir.

“Hazırda norovirusun hansı səbəbdən ortaya çıxdığını öyrənməyin əhəmiyyəti yoxdur. Virusun yayıldığını görürük”, – deyə L.Kavano bildirib.

Norovirus bağırsaq infeksiyası hesab olunur. Bəzən bunu bağırsaq və ya mədə qripi də adlandırırlar.

Gununsesi.org