ABŞ-da 4 polis güllələndi

  • By admin
  • 16 İyul 2021 09:26

ABŞ-ın Texas ştatının Levelland şəhərində dörd polis əməkdaşı güllə yarası alıb.

Gununsesi.info xəbər verir ki, bu barədə şəhər polis idarəsinin yaydığı məlumatda deyilir.

Belə ki, evində gizlənən silahlı şəxs əraziyə gələn polislərə atəş açıb. Nəticədə dörd polis əməkdaşı yaralanıb.

Qeyd olunub ki, onlardan ikisinin vəziyyəti ağırdır. Yerli telekanallar yaralanan polislərdən birinin öldüyü barədə məlumat yaysa da, xəbər rəsmi təsdiqlənməyib.