Bu gün ABŞ-ın mərkəzi hissəsində, Oklahoma ştatında 5,6 bal gücündə zəlzələ olub.
Gununsesi.info “RİA Novosti”yə istinadən xəbər verir ki, bu haqda ABŞ-ın Geoloji Xidməti məlumat yayıb.
Yeraltı təkanlar ştatın Pauni şəhərinin şimal-qərbinin 14-cü kilometrliyində qeydə alınıb.
Məlumata görə, yeraltı təkanların ocağı 6,6 km dərinikdə yerləşib.
Dağıntı və tələfat haqda məlumat verilməyib.
Gununsesi.info