
ABŞ-ın Aleut adaları ərazisində 6 bal gücündə zəlzələ baş verib.
Gununsesi.info “Gazeta”ya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Geologiya Xidməti məlumat yayıb.
Məlumata görə, zəlzələ ocağı 26,9 kilometr dərinlikdə, zəlzələnin episentri Simiya adasının 53 kilometr cənubunda yerləşib.
Dağıntı və tələfat haqqında məlumat verilmir.
Gununsesi.info