Bazar günü ABŞ-ın Missisipi ştatında atışma nəticəsində 8 nəfər ölüb.
APA-nın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, hadisə Linkoln dairəsində baş verib.
Cinayətkar ən azı 3 evə hücum edib. Öldürülənlərdən biri yerli polis rəisinin müavinidir. Cinayətkar saxlanılıb. Hazırda cinayətin motivi araşdırılır.
Gununsesi.info