
Los-Anceles şəhər polisi (Kaliforniya ştatı) üç uşağını öldürməkdə şübhəli bilinən qadını saxlayıb.
Bu barədə Gununsesi.info CBS telekanalına istinadən xəbər verir.
Belə ki, polis mənzillərin birində 3 uşağın bıçaqlanaraq ölmüş cəsədlərini aşkar edib. Onların 3-ü də 5 yaşdan kiçikdir.
Telekanalın xəbərinə görə, uşaqların anası cəsədlərin aşkarlanmasından bir neçə saat sonra Kaliforniyanın mərkəzi hissəsində saxlanılıb.
Polis cinayətin motivlərini aydınlaşdırır.
Gununsesi.info