ABŞ-da atışma: ölənlər və yaralananlar var

  • By admin
  • 27 Dekabr 2020 10:17

ABŞ-ın İllinoys ştatının Rokford şəhərində baş vermiş atışmada 3 nəfər həlak olub, daha 3 nəfər yaralanıb.

Xəbəri CBS Chicago telekanalı məlumat yayıb.

Şəhər polisinin rəhbəri Den O Şinin sözlərinə görə, hadisə yerli vaxtla saat 18:55-də (Bakı vaxtı ilə saat 4:55-də-red) qeydə alınıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisə ilə əlaqədar bir nəfər saxlanılıb. Telekanal güman edir ki, insidentlə bağlı olan yeganə şəxs həbs edilib.

Gununsesi.info