ABŞ-da avtomobil qatarla toqquşub, ölənlər var

  • By admin
  • 24 Noyabr 2019 09:41

ABŞ-da avtomobil qatarla toqquşub.

Bu barədə Gununsesi.org RİA “Novosti”yə istinadən xəbər verir.

Bildirilir ki, hadisə Florida ştatında qeydə alınıb. Minik avtomobilinin “Amtrak” şirkətinin sərnişin qatarı ilə toqquşması nəticəsində azı 3 nəfər həlak olub.

Şerif ofisinin nümayəndəsi Teri Barbara bildirib ki, dəmir yolunu keçən avtomobil qatarın yaxınlaşması zamanı dayanmayıb. Nəticədə qatarla avtomobil toqquşub. Hadisə zamanı avtomobildəki şəxslər həlak olub.

Qeyd edilir ki, qatar Mayami-Nyu-York marşrutu ilə hərəkət edirmiş. Hadisə zamanı qatarın 200 sərnişinindən və heyətindən heç kim xəsarət almayıb.

 

Gununsesi.org