ABŞ-da ayin zamanı rahibə yumruqla hücum edildi

  • By Admin2
  • 07 Fevral 2025 16:54

ABŞ-ın Vaşinqton ştatında kilsədə ayin zamanı keşiş yumruqla hücuma məruz qalıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın Vaşinqton ştatının Spokane şəhərindəki Lurdes kilsəsində keşiş Devid Qeyns ayin zamanı hücuma məruz qalıb.

Təhlükəsizlik kamerasının görüntülərinə görə, xidmət zamanı ön sırada oturan bir şəxs qəfil ayağa qalxaraq keşişi yumruqlayıb. Pastor Qeyns yaralanarkən, başqaları müdaxilə etdikdən sonra 40 yaşlı hücumçu zərərsizləşdirilib.

Polisdən verilən açıqlamada hücumun səbəbinin hələlik məlum olmadığı, təcavüzkarın saxlanıldığı və ağır cinayətlər törətdiyi üçün barəsində həbs qətimkan tədbirinin olduğu bildirilib.

Orxan Saffari

Gununsesi.info