
Sentyabrın 29-da ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərindəki Cənubi Kaliforniya ştatında keçirilən “Türkiyənin xarici siyasətində xalq diplomatiyasının rolu” adlı konfransda Azərbaycan və Türkiyə diplomatlarına hücum edən ermənilər həbs olunacaq.
Gununsesi.info xəbər verir ki, bu barədə “TRTHaber”ə Los-Anceles Polis Departamentinin (LAPD) Ağır Cinayətlər Bölməsinin baş müfəttişi bildirib.
Qeyd edək ki, Yunus Əmrə İnstitutunun təşkil etdiyi konfransdan sonra türk diplomatlarına hücum edən erməni qrupu hadisə yerindən qaçıb.
Los-Anceles Polis Departamentinin baş müfəttişi açıqlamada nifrət cinayəti, hücum və cinayət təhdid cinayətləri çərçivəsində istintaqın davam etdiyini bildirib.
Səid Əhmədli
Gununsesi.info