“ABŞ-da baş verənlər demokratiya üçün üz qarasıdır” – Ərdoğan

  • By admin
  • 08 Yanvar 2021 15:39

“ABŞ-da baş verən hadisələr bütün bəşəriyyəti heyrətləndirib”.

 

Gununsesi.org-un APA-ya istinadən xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.

“ABŞ-da baş verənlər demokratiya üçün üz qarasıdır. Toqquşmalarda ölənlərin ailələrinə başsağlığı verirəm, yaralılara Allahdan şəfa diləyirəm”, – deyə Türkiyə Prezidenti vurğulayıb.

Ərdoğan yanvarın 20-də hazırkı Prezident Donald Trampın vəzifəsini qanun çərçivəsində yeni seçilmiş Prezident Co Baydenə təhvil verəcəyinə ümid etdiyini qeyd edib

Gununsesi.org