ABŞ-da Baydeni öldürməklə hədələyən adamı tutublar

  • By admin
  • 29 Yanvar 2022 17:15

ABŞ-ın Kanzas ştatında prezident Co Bayden öldürmək istəyən bir şəxsi həbs ediblər.

Gununsesi.info xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “The New York Post” qəzeti məlumat yayıb.

Qəzetin infomasiyasına əsasən, Skott Merrimen adlı bu u adam Kanzas polisinə zəng vurub Vaşinqtona gedəcəyini, orada dövlət başçısı ilə görüşərək “ Tanrının əmri ilə gəldiyini, prezidentin ucbatından insanların ölkədəki parçalanmadan təngə gəldiyini” söyləyəcəyini və “millətin ürəyindəki bu ilanın başını qoparacağını” bildirib.

Hüquq-mühafizə orqanlarını əməkdaşları Skott Merrimeni Merilend ştatına gedən yolun üstündə, bir restoranda həbs ediblər.

Bu iln yanvar ayının 28-də ona qarşı cinayət işi açılıb.

 

 

Gununsesi.info