ABŞ-da bir gündə 52 mindən çox şəxs virusa yoluxub

  • By admin
  • 14 Mart 2021 18:29

ABŞ-da son 24 saatda 52 642 nəfər koronavirusa yoluxub.

Gununsesi.info  xəbər verir ki, bunu ölkənin Cons Hopkins Universiteti açıqlayıb.

Məlumata görə son sutkada 1 701 nəfər pandemiyanın qurbanı olub. Ümumilikdə, ABŞ-da 29 400 958 şəxs koronavirusa yoluxub.

COVID-19-dan ölənlərin sayı isə 534 315 nəfərdir.

Gununsesi.info