ABŞ-da bir gündə 40 minədək insan koronavirusa yoluxub, mindən çox insan ölüb

  • By admin
  • 03 Sentyabr 2020 16:36

ABŞ-da son sutka ərzində 1056 nəfər yeni növ koronavirusdan (COVID-19) vəfat edib.

Gununsesi.info-nun RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə Cons Hopkins Universiteti məlumat yayıb.

Beləliklə ABŞ-da indiyə qədər koronavirusdan ölənlərin sayı 185 752 nəfərə çatıb.

Son 24 saat ərzində 39 670 yeni yoluxma faktı qeydə alınıb ki, bununla da ABŞ-da indiyə qədər infeksiyaya yoluxanların ümumi sayı 6 115 030 nəfərə çatıb.

İnfeksiyaya yoluxanlardan 2 milyonu sağalıb.

 

 

Gununsesi.info