ABŞ-da “cadugər”ə təcavüz edib öldürən kişi edam olundu

Ona cadu etdiyini sandığı qadını 19 il əvvəl zorlayıb, qətlə yetirən ABŞ vətəndaşı edam edilib.

Gununsesi.info bildirir ki, bu barədə CNN xəbər yayıb.

Bildirilir ki, 2001-ci ildə Uliyam Emmet Lekroy 30 yaşlı Coan Li Tislerin evinə daxil olaraq, əvvəlcə onu zorlayıb, sonra isə öldürüb.

Bundan sonra həmin şəxs Tislerin avtomobilini oğurlayıb və Kanada sərhədinə gedib. Elə həmin ərazidə də onu həbs ediblər.

O, ifadəsində bildirib ki, həmin qadın ona cadu və təcavüz edib.

Gununsesi.info