
Yanvarın 29-da ABŞ-ın Vaşinqton şəhərində baş verən aviasiya qəzasından sonra dağıntıların təmizlənməsi işləri davam edir. Amerikanı silkələyən qəzada 60 sərnişin və 4 nəfərlik ekipajı olan sərnişin təyyarəsi ilə 3 hərbçini daşıyan hərbi helikopter havada toqquşub və çaya düşüb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Vaşinqtonda sərnişin təyyarəsi ilə toqquşan hərbi helikopterin qalıqları Potomak çayından çıxarılıb.
Black Hawk tipli helikopterin yalnız quyruq hissəsinin toxunulmaz qaldığı görülüb. Sərnişin təyyarəsinin qalıqları hələ də çıxarılmayıb.
Respublikaçı senator Ted Kruz bildirib ki, qəza zamanı helikopterin izləmə texnologiyası söndürülüb. Hərbi helikopterin təlim tapşırığı yerinə yetirdiyini bildirən Kruz təhlükəsizlik baxımından müşahidə sisteminin bağlanması üçün heç bir səbəb olmadığına diqqət çəkib.
Daha əvvəl bildirilib ki, qəza zamanı helikopterin hündürlüyü icazə verilən yuxarı həddən artıq olub.
Daha əvvəl həyatını itirən 67 nəfərdən 55-nin qalıqlarının tapıldığı və şəxsiyyətlərinin müəyyən edildiyi paylaşılmışdı.
Orxan Saffari