ABŞ-da DƏHŞƏT - İnsanlar kilsədə güllələndi

  • By admin
  • 17 İyun 2022 09:52

ABŞ-ın Alabama ştatında silahlı şəxs kilsədə insanlara silahla hücum edib.

Gununsesi.info xarici KİV-lərə istinadən xəbər verir ki, nəticədə iki nəfər ölüb, bir nəfər yaralanıb.

Vestavia Hills polisi iyunun 16-da axşam Müqəddəs Stefan kilsəsində 3 nəfərin yaralandığını, onlardan birinin daha sonra öldüyünü təsdiqləyib.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, şübhəli şəxs həbsdədir, onun hərəkətlərinin motivləri barədə məlumat verilmir.

Analoji hal fevralın sonunda Kaliforniya ştatının Sakramento şəhərində də yaşanıb. Kilsədə atışma zamanı bir neçə nəfər, o cümlədən uşaqlar ölüb. Atışmadan sonra hücum edən şəxs intihar edib.

Gununsesi.info