ABŞ-da dəhşətli olay – 8 NƏFƏR ÖLÜ TAPILDI

  • By admin
  • 23 İyul 2017 14:54

abd-de-katliam-gibi-olay-otoparktaki-romorkta-8-9862186_5325_o

Gununsesi.info CNN-ə istinadən xəbər verir ki, ABŞ-ın Texas ştatının Volmart qəsəbəsində traktorun arxa hissəsində ikisi azyaşlı olmaqla 8 nəfər ölmüş vəziyyətdə tapılıb.

Bundan başqa hadisə yerində 28 yaralının olduğu da bildirilib. Onlardan 20-sinin vəziyyəti ağır qiymətləndirilir.

Dünyasını dəyişən 8 nəfərin havasızlıq və susuzluqdan öldüyü ehtimal olunur.

Polis aşkarlanan ölü və yaralıların insan alverinin qurbanları olduğundan şübhələnir.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info