ABŞ-da daşqın nəticəsində 8 nəfər ölldü

ABŞ-ın Kentukki ştatında daşqın nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “NBC” televiziya şirkəti ştatın qubernatoru Endi Beşira istinadən bildirib.

Şirkət qeyd edib ki, Kentukki, Ohayo, Virciniya və Qərbi Virciniya ştatlarında 4 milyona yaxın insan daşqın təhlükəsi altındadır. Hazırda Kentukki ştatında fövqəladə vəziyyət elan edilib.

Gununsesi.info