ABŞ-ın Qərbi Virciniya ştatında daşqınlar nəticəsində ölənlərin sayı ikisi uşaq olmaqla 20-yə çatıb.
Gununesi.info xəbər verir ki, bu barədə yerli fövqəladə hallar üzrə idarənin nümayəndəsi Tim Rok bildirib.
Bundan əvvəl 14 nəfərin öldüyü bildirilirdi. Qərbi Virciniya ştatının ərazisində xilasedici əməliyyat davam edir. Əməliyyata ABŞ milli qvardiyasının yüzlərlə əsgəri cəlb edilib. Ştatın 44 dairəsində fövqəladə vəziyyət rejimi tətbiq edilib.
Təbii fəlakət nəticəsində yüzdən çox ev dağılıb, minlərlə insan elektrik enerjisiz qalıb. (TASS, APA )