Los-Ancelesin Koreya məhəlləsində evsizlərin çadır şəhərcikləri ilə mübarizə məqsədilə daşlardan qurulmuş “barrikadalar” peyda olub.
Gununsesi.info ABC7 telekanalına istinadla xəbər verir ki, yerli hakimiyyət orqanlarının küçələrə yığdığı daşları yalnız yük maşını və xüsusi texnika ilə yerindən tərpətmək olar. Kommunal xidmətlər daşları kənara çəkməyə çalışan fəalların şəxsiyyətini müəyyən etmək üçün videomüşahidə kameralarını izləyir.
Telekanalın məlumatına görə, bu, şəhəri evsizlərin axınından qorumaq üçün ilk belə cəhd deyil.
Son zamanlar Los-Ancelesin demək olar ki, bütün rayonlarına daimi yaşayış yeri olmayan çoxlu insan toplaşıb. Təxminən 41 min evsiz insanın olduğu şəhər bu göstəriciyə görə ölkədə ikinci yeri tutur.
Gununsesi.info