ABŞ-ın Kaliforniya ştatının Orinda şəhərində Hellouin bayramı faciəyə çevrilib.
Gununsesi.org xarici KİV-ə istinadən xəbər verir ki, tələbələrin olduğu yığıncağa naməlum şəxslər tərəfindən atəş açılıb. Nəticədə 4 nəfər ölüb, 4 nəfər yaralanıb.
Hadisə yerinə xeyli sayda polis və təcili yardım göndərilib.
İnsidentin səbəbləri araşdırılır.
Gununsesi.org