ABŞ-da işsizlik səviyyəsi azalıb

  • By admin
  • 05 İyun 2020 20:33

ABŞ-da may ayında işsizlik səviyyəsi 13,3 faizədək azalıb, iş yerlərinin sayı da 2,5 milyon artıb.

Gununsesi.org xəbər verir ki, bu barədə Əmək Departamentinin bu gün dərc edilən hesabatında bildirilir.

Aprel ayında ölkədə işsizlik səviyyəsi 14,7 faiz, işini itirənlərin sayı isə 20,5 milyon artmışdı. Dünən isə departament yeni koronavirusla bağlı məhdudiyyətlərin tətbiq edildiyi 15 mart tarixindən işsizlik müavinəti üçün verilən ilkin ərizələrin 42 milyondan artıq olduğunu açıqlamışdı. Hazırda işsizlik müavinəti alanlar 21,5 milyon nəfərdir.

CNBC xəbər verir ki, may ayında məhdudiyyətlərin yumşalması, bəzi müəssisələrin işə başlamas sayəsində əldə edilən iş yerlərinin sayındakı bu artım Böyük Tənəzzülün başa çatdığı 1939-cu ildən bu yana ən böyük artımdır.

Konqresin Büdcə Ofisinin bu həftə açıqlanan proqnozuna görə, ABŞ koronavirusun yaratdığı iqtisadi böhrandan tam olaraq yalnız 2030-cu ildə çıxa biləcək.

 

 

Gununsesi.org