ABŞ-da itkin düşən sərnişin təyyarəsi

  • By Admin2
  • 07 Fevral 2025 11:45

ABŞ-ın Alyaska ştatında 10 nəfərin olduğu Bering Air təyyarəsi müəmmalı şəkildə yoxa çıxıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, təyyarədə doqquz sərnişin və bir pilot olub. İtmiş təyyarənin tapılması üçün havada, quruda və dənizdə axtarış işlərinə başlanılıb.

Çətin hava şəraitinin əməliyyatları məhdudlaşdırdığı bildirilib.

Yanğınsöndürmə idarəsi saat 20.00 radələrində bir yeniləmədə Sahil Mühafizəsinə aid C-130 təyyarəsinin ərazi üzərində uçacağını və zəif görmə şəraitində insanları aşkar edə bilən avadanlıqdan istifadə ediləcəyini açıqladı.

Yanğınsöndürmə idarəsinin bildirdiyinə görə, Ankoricdəki Elmendorf Hərbi Hava Qüvvələri bazası da uçuş dəstəyi göndərib.

Qeyd edək ki, saat 14.37-də havaya qalxan təyyarənin sahildən 12 mil uzaqlıqda üzərkən yoxa çıxdığı bildirilib.

Orxan Saffari

Gununsesi.info