ABŞ-ın Pitsburq şəhərində tədbirlərin birində kimyəvi maddələrdən zəhərlənmə hadisəsi olub.
Gununsesi.org xəbər verir ki, tədbirdə paylanan narıncı qol lentləri bir qədər sonra insanlarda narahatlıq yaradıb. Lentlərdən ifraz olunan maddələr səbəbindən 3 nəfər ölüb, 4 nəfər xəstəxanaya yerləşdirilib. Polis dərhal hadisə yerində araşdırmaya başlayıb. Həmin lentlərdən istifadə edənlərin təcili olaraq klinikalara baş vurmaları və polisə müraciət etmələri tələb olunub.
Hadisənin səbəbləri araşdırılır.
Gununsesi.org