ABŞ-da “kimya həyəcanı”: 3 yaşayış məntəqəsi boşaldıldı

ABŞ-ın Corciya ştatındakı Symrise Kimya Zavodunda yanğın baş verib.

Bu barədə xarici KİV-ə istinadla xəbər verir.

HTML tutorial

Bildirilib ki, buna görə yaxınlıqdakı üç yaşayış məntəqəsinin sakinləri təxliyə edilməli olub.

“Tüstü təhlükəsi və yüksək partlayış riski səbəbindən insanlara zavodun bir mil radiusunda ərazini tərk etmələri və üç mil radiusda olan insanlara sığınacaq tapmaları əmri verilib”, – ştat rəsmisi Qlinn Keti Baasen bildirib.

Hazırda yanğının qarşısı alınıb və öz-özünə sönməsi gözlənilir. İnsanlar üçün ən böyük təhlükə hələ də kimya zavodundan gələn tüstüdür.

Gununsesi.info