ABŞ-da koronavirus bir gündə 270-dən çox insanın həyatına son qoydu

Son sutka ərzində ABŞ-da 49 mindən çox yeni koronavirusa yoluxma halı aşkar edilib, 270-dən çox insan virusdan ölüb.

Gununsesi.org “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Cons Hopkins Universiteti məlumat yayıb.

Universitetdən verilən məlumata görə, son 24 saat ərzində ABŞ-da 49 199 yoluxma hadisəsi qeydə alınıb, 271 COVID-19 xəstəsi isə ölüb. Qeyd olunub ki, ABŞ-da ümumilikdə 2 888 730 yoluxma hadisəsi aşkar edilib, 906 763 nəfər sağalıb, 129 947 nəfər ölüb.

Universitetin məlumatlarına görə, dünyada COVID-19 ilə bağlı 11.4 milyondan çox yoluxma halı və 534 mindən çox ölüm faktı qeydə alınıb. 6,1 milyondan çox insan sağalıb.

 

Gununsesi.org