ABŞ-da koronavirusa yoluxan azərbaycanlıların sayı açıqlandı

  • By admin
  • 13 May 2020 09:27

“Qaynar xətt” nömrələrinə daxil olan məlumatlara əsasən ABŞ-da yaşayan 17 azərbaycanlının koronavirusa yoluxduğu müəyyən edilib.

Gununsesi.org bildirir ki, bu fikirləri “Report”a açıqlamasında Azərbaycanın ABŞ-dakı səfirliyinin konsulu Emil Muradzadə deyib.

Konsul bildirib ki, virusa yoluxan həmvətənlərimizin vəziyyəti yaxşıdır və onlar artıq xəstəxanalarda müalicələrini yekunlaşdıraraq evə buraxılıblar: “ABŞ tərəfindən ölkə ərazisində koronavirusa yoluxan vətəndaşlarımızın sayı barədə səfirliyə rəsmi məlumat təqdim edilməyib. “Qaynar xətt”ə daxil olan zənglərə əsasən virusa yoluxan 17 həmvətənimizin 16-ı sağalıb, 1 nəfər isə vəfat edib. Vəfat edən şəxs Nyu-York ştatında torpağa tapşırılıb”.

Gununsesi.org